-
- 9-01-2021, 12:07
- 373
Beyləqanda mağazada COVID-19 xəstəsi aşkarlandı
Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus testi müsbət çıxan və ev şəraitində müalicə təyin edilən rayon sakini R.Nuriyevin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edərək özünə məxsus ərzaq mağazasında olduğu müəyyən edilib.
Həmin şəxs həkimlərin müşayiəti ilə yaşadığı ünvana geri qaytarılıb.
Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.