Yevlaxda narkotik satışı ilə məşğul olan dəstə üzvləri tutulub - FOTO
    • 11-01-2021, 11:13
    • 462

Yevlaxda narkotik satışı ilə məşğul olan dəstə üzvləri tutulub - FOTO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirilib ki, əldə edilmiş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Mətləb Şükürov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 5 qramdan artıq güclü təsiredici xassəyə malik heroin  aşkar edilərək götürülüb.  

Araşdırmalarla M. Şükürovun ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Aqil Əsgərov ilə birlikdə satış məqsədi ilə əldə edib saxladıqları müəyyən edilib.  

Davam etdirilən genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotik vasitənin mənbəyi də polis əməkdaşları tərəfindən müəyyən edilib. Belə ki, M. Şükürov və A. Əsgərovun satış məqsədi ilə əldə etdikləri narkotik vasitəni Yevlax rayon sakini Fərid Həmidov vasitəsi ilə digər rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Feruz Mustafayevdən 150 manat pul müqabilində aldıqları məlum olub. F. Mustafayevin üzərinə baxış keçirilərkən ondan satış məqsədi ilə qablaşdırdığı heroin və marixuana da aşkar edilərək götürülüb.  

Faktla bağlı Yevlax  RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adı hallanan 4 nəfər şəxs şübhəli qismində tutulub.