Şəhid ailələri üzvlərindən 2700-dən çox şəxsə sosial ödənişlər təyin edilib
    • 11-01-2021, 11:40
    • 471

Şəhid ailələri üzvlərindən 2700-dən çox şəxsə sosial ödənişlər təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri davam edir.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Fond artıq 1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə həmin sosial təminat növləri üzrə sosial ödənişlərin təyinatını həyata keçirib.

Hazırda da davam edən proses şəhid ailələrinin üzvlərinin heç bir müraciəti olmadan, elektron qaydada, proaktiv şəkildə aparılır. 

Aparılmış təyinatlar barədə şəhid ailələri məlumatlandırılır. Nazirliyin vəzifəli şəxslərinin şəhid ailələri ilə mütəmadi görüşləri də davam edir. Bir çox hallarda bu görüşlər zamanı təqaüd kartları şəhid ailələrinə elə öz ünvanlarında təqdim edilir.