Nazpəri Dostəliyeva və Eldar Qasımovu nə birləşdirir? - VİDEO - FOTOLAR
    • 11-01-2021, 13:50
    • 382

Nazpəri Dostəliyeva və Eldar Qasımovu nə birləşdirir? - VİDEO - FOTOLAR

Xalq artisti Nazpəri Dostəliyeva və "Eurovision" qalibi Eldar Qasımov bir araya gəliblər.

News24.az xəbər verir ki, sənətçilər "Bizi Tanrı qorusun" adlı duet ərsəyə gətiriblər. Mahnı gürcüstanlı müəlliflər Kaki Bolkvadze, Zaza Qaçitaşvili, Nana Tsintsadze və Tsira Bzişvili tərəfindən yazılıb.

Eldar Qasımov yaranan işbirliyi haqda danışıb: "Nazpəri xanımın güclü və eyni zamanda məlahətli səsi mahnımıza xüsusi gözəllik və sehr verir. Dəvətimi qəbul etdiyinə görə çox şərəfliyəm və dünyalar qədər sevincliyəm. "Bizi Tanrı Qorusun" mahnısı ətrafdakilarımızın bir-birinə dəstək, üzərimizdə mavi sülh səma istəyi, ellərin qovuşması haqqındadır. Güclü dramatik ballada janrındadır. "Bizi Tanrı Qorusun" müxtəlif adlar altında Gürcüstanda, Türkiyədə, Qazaxıstanda və s. ölkələrdə işıq üzü görüb. Azərbaycan dilində sözlərin müəllifi, həmçinin layihə rəhbəri tanınmış aparıcı Nurlana Cəfərovadır. Aranjimançı və səs rejissoru isə Bəbir Bəbirlidir".

Sevda Bayramova