Prezident Xocavəndin Böyük Tağlar kəndində:
    • 15-01-2021, 13:16
    • 332

Prezident Xocavəndin Böyük Tağlar kəndində: "Necə də gözəldir bizim ölkəmiz" - VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə səfərlə bağlı növbəti paylaşım edib.

News24.az xəbər verir ki, videogörüntülərdə dövlət başçısı Xocavəndin Böyük Taölar kəndində olduqlarını bildirib:

"Bura Azərbaycandır. Xocavənd rayonu, Böyük Tağlar kəndinin ərazisi. Baxın, necə də gözəldir bizim ölkəmiz. Bütün bu əraziləri qəhrəman Azərbaycan ordusu işğaldan azad edib".