Gələn həftədən Azərbaycanda vaksinasiya başlayacaq - RƏSMİ
    • 15-01-2021, 15:47
    • 331

Gələn həftədən Azərbaycanda vaksinasiya başlayacaq - RƏSMİ

Azərbaycanda gələn həftədən koronavirusa qarşı vaksinasiyaya başlanılacaq.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

Hökumət sözçüsü bildirib ki, Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir: "Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi. Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur. Gələn həftədən ölkədə koronavirusa qarşı vaksinasiyaya başlanılır".