Azərbaycanda tanınmış rejissor VƏFAT ETDİ - FOTO
    • 18-01-2021, 13:06
    • 587

Azərbaycanda tanınmış rejissor VƏFAT ETDİ - FOTO

Azərbaycanın tanınmış kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı Nazim Rzayev vəfat edb.

News24.az-ın məlumatına görə, Nazim Rzayev 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olub. 1978-1993-cü illərdə iqtisadi problemlərə həsr edilmiş 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı oub. Azərbaycan tarixi, xüsusilə də Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində geniş elmi araşdırmalar aparıb. Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edir. 1992-1997-ci illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsində "Rejissorluq və aktyorluq sənəti" fənni üzrə kurs rəhbəri vəzifəsində çalışıb. Eyni zamanda Azərbaycan televiziyasında müəllif filmlərinin yaradıcısı, 7 müstəqil filmi özündə birləşdirən və 12 seriyadan ibarət olan Azərbaycan elmi-publisistik kinoserialının müəllifi və quruluşçu rejissoru olub.

Nazim Rzayev 9 kitab yazıb, 50-yə yaxın filmə rejissorluq edib.