Zəfər muzeyi ilə bağlı vətəndaşlara MÜRACİƏT OLUNDU
    • 18-01-2021, 16:59
    • 543

Zəfər muzeyi ilə bağlı vətəndaşlara MÜRACİƏT OLUNDU

Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı Mədəniyyət Nazirliyi vətəndaşlara müraciət edib.

News24.az-ın məlumatına görə, Nazirlik vətəndaşları Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb. 
“Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlardan bu gündən etibarən həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verməsini xahiş edirik”, - deyə müraciətdə bildirilir.  

Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a. Əlaqələndirici şəxs: Aida Axundova (012) 498-83-51, (050) 546-33-32.