Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTOLAR
    • 20-01-2021, 12:01
    • 404

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTOLAR

20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

News24.az-ın məlumatına görə, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Foto: Teymur Məmmədov