Bakıda universitetdə qəribə qadağa -FOTO/AÇIQLAMA
    • 20-10-2018, 10:30
    • 1 153

Bakıda universitetdə qəribə qadağa -FOTO/AÇIQLAMA

Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə minib.
Universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb.

Bununla əlaqədar olaraq, "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” – deyə, universitet binasının foyesində məlumat da yerləşdirilib.

Ali təhsil müəssisəsinin bir qrup tələbəsinin verdiyi məlumata görə, bu qadağa bir aya yaxındır ki, qüvvəyə minib. Bu qadağa isə xanım tələbələrin etirazına səbəb olub.

Məsələ ilə bağlı univerisitetin mətbuat katibi Günay İmanova bildirib ki, burda hər hansı qadağadan söhbət gedə bilməz:

"Biz tələbələr qadağa qoymamışıq. Sadəcə,  dikdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər avtomatik  dərs prosesini pozur. Bu mənada, tələbələrə məlumat verilib.  Məncə, tələbələr buna etiraz etməməlidir”.

 //a24.az