-
- 23-10-2018, 19:30
- 1 848
“Qarışmasınlar” - Universitetdə dikdaban ayaqqabı QADAĞASI – VİDEO
Nə qədər kobud yerişli olursan ol, dikdaban ayaqqabı geyinəndə qeyri-ixtiyari xanım-xatun olursan ki, bu da insana xüsusi zövq verir. Amma Azərbaycan universitetlərinin birində belə bir qadağa var, universitetin tələbə qızları dikdaban ayaqqabı geyinməkdən məhrumdurlar. Səbəb də odur ki, bu səs dərslərin gedişatına mane olur.
News24.az xəbər verir ki, ekspertlər qeyd edirlər ki, universitetin daxili nizamnaməsinə uyğun müəyyən edilmiş geyim normaları bütün universitetlər üçün keçərlidir.
Yəni belə bir məsələni tətbiq etməzdən öncə bütün tələbələrə bu barədə yazılı məlumatın verilməsi mütləqdir.
Kamran Əsədov - Təhsil üzrə ekspert: “Tələbə təhsil aldığı üçün universitetə təhsil haqqı ödəyir. Heç bir halda onla imzalanmış müqavilədə göstərilməyib ki, tələbə hansısa formada universitetə qəbul olunmalıdır. Dikdaban ayaqqabı ilə təhsil prosessində iştirak etməmək absurd məsələdir. Bu təhsil alanlaırn təhsil hüququnun tapdalanması kimi qiymətləndirilə bilər”.
Mövzu ilə əlaqədar Odlar Yurdu Universitetinin mətbuat katibi Günay İmanova televiziyalara müsahibə verə bilməyəcəyini desə də elektron poçtumuza məktub göndərdi. Məktubda isə bu cümlələr qeydə alınıb:
“Hündürdaban ayaqqabı ilə auditoriya qarşısından keçərkən səslər avtomatik olaraq dərs prosessini pozur. Bu mənada tələbələrə ciddi məlumat verilib. Məncə tələbələr buna etiraz etməməlidirlər”.
Mövzunun gündəmi zəbt etməsini nəzərə alıb şəhər sakinləri arasında da sorğu keçirdik. Sualımızı eşidən hər kəs kəskin etirazlarını bildirdilər.
Sakin: “Ayaqqabı təhsilə necə mane ola bilər ki? Yersiz qərardır”.
Sakin: “Ya standart geyim forması qoysunlar ya da qarışmasınlar geyimlərə. Bizdə belə qərar tətbiq olunsa qarşı çıxardım”.
Qeyd edək ki, Odlar Yurdu Universitetin foyesində – “Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” elanı vurulub. Vurulubsa deməli məsələ ciddiyyətində qalır. Maraqlıdır, irəliləyən zamanlarda başqa ali təhsil ocaqları belə bir qərarı öz universitetlərində tətbiq edəcəklərmi? Bunu isə zamanla biləcəyik.