161 və 191 nömrəli marşrutların hərəkət sxemləri dəyişdirildi
    • 25-01-2021, 10:43
    • 463

161 və 191 nömrəli marşrutların hərəkət sxemləri dəyişdirildi

Bakıda 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindənm'lumat verilib.

Bildirilib ki, buna səbəb Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilməsidir.