-
- 20-10-2018, 13:48
- 2 560
Zaurla Günel arasında qalmaqal:"Bəsdir başını həyasızcasına camaatın həyatına soxdun"
Müğənni Günel Ələkbərova və aparıcı Zaur Kamal arasında qalmaqal yaşanır.
News24.az xəbər verir ki, gərginliyin səbəbi Z.Kamalın aparıcısı olduğu “5də 5” verilişində rəqqasə Oksana Rəsulovadan övladının soyadını və atasının adını soruşması olub.
Sosial şəbəkədə paylaşılan sözügedən video sərt fikir bildirən G.Ələkbərova bunları yazıb:
“Adama deyərlər sənə nə ay... Səni nə məcbur edir ki, camaatın uşağının atasının kim olduğunu soruşursan? Səndən soruşan var arvadın kimdir, kimlərdəndir? Bəsdir də başını həyasızcasına camaatın şəxsi həyatına soxdun.
Qız yenicə ana olub. Sən nə əl qatmısan özünə?
Əsas odur ki, doğmaları, yaxınları bilirik. Sən get baş şeylə reytinqini tut. Başqasının həyatına soxulma. Yoxsa mənim uşağımın atası kimi o da gəlib səni canlı efirdə tutub nəysə...
Gərək məndən də uşağın atasının kimliyini soruşanda mikrofonu sənin başına çırpardım ki, başqa xanım sənətçiyə belə sual ilə müraciət etməyəsən. Sadəcə orada olan qonaqlara və tamaşaçıların xatirinə sakit dayandım”.
G.Ələkbərovanın bu şərhinə Oksana Rəsulova cavab verərək “Canım, tərbiyə başqa şeydir” sözlərini yazıb.