Valideynlərin NƏZƏRİNƏ  - Bu uşaqlar dərsə BURAXILMAYACAQ
    • 31-01-2021, 13:30
    • 579

Valideynlərin NƏZƏRİNƏ - Bu uşaqlar dərsə BURAXILMAYACAQ

Məktəbəhazırlıq qrupları və ibtidai siniflərlə bağlı Təhsil Nazirliyi tədris ocaqlarına təlimat göndərib.

News24.az-ın məlumatına görə təlimatda qeyd olunur: 

"Tədris prosesinə qayıtmağı düşünən şagirdlər, onların valideynləri koronavirusa yoluxublarsa və yaxud da xəstələrlə təmasda olublarsa, 1-ci gün məktəbə gəlməsinlər. Onlar dərsə buraxılmayacaq. Poliklinikalardan göstəriş gəldiyi təqdirdə həmin uşaqlar dərsə qoşula biləcəklər".