106 gündən sonra məktəbinə qovuşan ŞAGİRDLƏR  - FOTOLAR
    • 1-02-2021, 12:54
    • 477

106 gündən sonra məktəbinə qovuşan ŞAGİRDLƏR - FOTOLAR

Məlum olduğu kimi, bu gündən etibarən məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi formada başlayıb. İbtidai siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənməlidir. 

News24.az 106 gündən sonra yenidən bu gün başlayan əyani tədrisi əks etdirən fotoları təqdim edir.