Sərhəddən 18 ədəd “iPhone 12” keçirmək istədi - Foto
    • 2-02-2021, 12:38
    • 365

Sərhəddən 18 ədəd “iPhone 12” keçirmək istədi - Foto

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan gələn Azərbaycan  vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

News24.az xəbər verir ki, şifahi sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunun qapısının içində xüsusi düzəldilmiş gizli saxlanc yerindən 18 ədəd "İphone 12" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.