-
- 27-08-2019, 13:01
- 990
Gürcüstan vətəndaşı ölkəyə spirtli içki KEÇİRMƏK İSTƏDİ
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkənin vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı avtomobildə gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən 12 ədəd 1 litrlik və 6 ədəd 0.5 litrlik "Nemiroff" markalı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.