Uşaq evini qocalar evinə birləşdirdilər: Nəticələr inanılmazdır – Fotolar
    • 20-10-2018, 16:50
    • 1 048

Uşaq evini qocalar evinə birləşdirdilər: Nəticələr inanılmazdır – Fotolar

Kanadada dahiyanə bir ideyanı reallığa çeviriblər: Qocalar evini uşaq evi ilə birləşdiriblər və nəticələr gözlənildiyindən də uğurlu alınıb.

Qocalar özlərinə mehriban nəvələr qazanıblar, atasız-anasız uşaqlar isə valideyn nəvazişinin nə demək olduğunu hiss ediblər.

Prosesi nəzarət altında saxlayan həkimlərin sözlərinə görə, qocalarda bütün yaşam funksiyaları yaxşılaşıb. Onların gözləri daha çox parlamağa başlayıb və həyat sevgisi artıb: “Uşaqlar gəlməyincə qocalar gözlərinin işığı sönmüş mumiyalara bənzəyirdilər”.

Uşaqlar isə ilk dəfə olaraq sıxıntı, qorxu, özünə inamsızlıq, kədər hisslərindən qurtulublar və adi səs-küylü dəcəl uşaqlara çevriliblər.

Bəziləri özlərinə ailə tapıblar, digərləri isə itirdikləri ailə mühitini geri alıblar.
//bizimyol.info