"Heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı" - SƏNUBƏR İSGƏNDƏRLİ
    • 2-02-2021, 13:45
    • 1 113

"Heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı" - SƏNUBƏR İSGƏNDƏRLİ

Əməkdar artist Sənubər İsgəndərli pandemiyaya görə teatrların bağlı qalmasını tənqid edib.

News24.az xəbər verir ki, S. İsgəndərli sosial şəbəkədə bununla bağlı bu sözləri yazıb: "Martda bir il olacaq ki, ölkəmizdə bütün teatrlar bağlıdır. Pandemiyadır, karantindir deyib oturduq. Amma heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı. Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın. Biz hələ oturmuşuq. Bir də ayılıb görəcəyik ki, nə teatr var, nə də sənət".

Sevda Bayramova