-
- 22-10-2019, 14:56
- 855
"Nemətovun əlaltıları mənə hörmətsizlik etdilər" - ƏMƏKDAR ARTİSTDƏN AĞIR İTTİHAM
“Teatr Xadimləri İttifaqının üzvlüyündən imtina etdim. Səbəb isə bu gün keçirilən konfransa məni buraxmamalarıdır".
Bu sözləri News24.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Elnur Kərimov deyib. Aktyor bildirib ki, bundan öncə dəfələrlə TXİ-ni tənqid edib. Bu səbəbdən də onu TXT-nin iclasına buraxmayıblar: “Mən 2014-cü ildən bu qurumla təkbaşına mübarizə aparıram. Onların fəaliyyətsizliklərini vurğulamışam. Bunun da səbəbi 2014-cü ildə fevral ayının 2-si Gənclər Günü ilə bağlı Teatr Xadimləri İttifaqının teatrlardakı heç bir gənc aktyorları təbrik etməmələri olub. Mən də müraciət etdim ki, əgər respublikada bütün sahələrdə çalışan gəncləri rəsmilər təbrik edirsə, niyə teatrlarda bu yoxdur?! Bununla bağlı oranın katibi Rafiq Əliyevlə də görüşdüm. Onun fikirlərini dinləyib, öz düşündüklərini də ona dedim. Həmin gündən sonra bütün tədbirlərə dəvət aldım, iştirak elədim. Bir neçə gün öncə isə bu konfrans barədə eşitdim. Teatrda bu məsələ ilə bağlı təyin olunan nümayəndəyə konfransa qatılmaq istədiyimi dedim. Bildirim ki, neçə illərdir ittifaqın üzvüyəm, ən azından respublikanın Əməkdar artistiyəm. Yəni, bu sahənin adamıyam. Bu da mənim teatrımın gələcəyi ilə bağlı bir konfransdır. Orda hər kəs öz fikrini söyləyəcək. Teatr İttifaqı isə bu illər ərzində gördüyü işlər haqda danışacaq. Bu məqdəslə tədbirin baş tutduğu məkana gəldim. Orda Azərpaşa Nemətovun əlaltıları, Azdramanın aktyorları vardı. Onlar mənə hörmətsizlik etdilər. Adımın siyahıda yox idi. Onlar ən azından əməkdar artist adıma hörmət etməli idilər. Bununla bağlı orada bir nəfərə müraciət etdim. Dedi ki, yuxarı qalx və rəsmi müraciət et. Müraciət edəndə isə dedilər ki, Elnur Kərimov olmaz. Bunun səbəbi onlarla bağlı sərt fikirlər səsləndirməyimdir. Martın 1-də prezidentlə görüş zamanı Azərpaşa Nemətovun səslədirdiyi fikirlərlə razı olmamağımdır. Ümumiyyətlə, Teatr Xadimləri İttifaqının fəaliyyətsizliyinin başında Azərpaşa Nemətov dayanır. Rafiq müəllim də teatrları sevən biri deyil. Gənc Tamaşaçılar Teatrının illərdir diqqətdən kənarda qalması məni çox narahat edir”.
Aktyor bildirib ki, teatrlarda baş verən yeniliklərdən xəbərsiz olan ittifaqın üzvü olmaqdan imtina edir: "Ərizəmdə də onu göstərmişəm. Yazmışam ki, mənə Azərbaycan teatrının inkişafını istəyən Teatr Xadimləri İttifaqı lazımdır. Bu ittifaqı bəyənmirəm. Bu ittifaqın işi dövlət aldığı pulu yalnız özünə lazım olan yerə xərcləməkdir. Gənclərə səslənirəm ki, ora üzv olmasınlar. Bu ittifaq onlara heç nə verməyəcək. Yalnız aylıq pul yığılanda yada düşəcəksiniz”.
Əməkdar artist həmçinin bildirib ki, Teatr Xadimləri İttifaqı gənclərə dəstək olmur: "“Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən nə qədər pul ayrılır, nazirlik bizə maaş verir, teatrların yeni tamaşaları, təhcizatları ilə maraqlanırlar. Amma, Mədəniyyət Nazirliyi tək fəaliyyət göstərə bilməz. Bunun üçün Teatr Xadimləri İttifaqı yaradılıb və vu qurum nazirliyə kömək olacaq işlər görməlidir. Nədənsə ittifaq gənclərə heç vaxt inanmır. Onları qabağa çəkmir, dəstək olmur. Stimulverici mükafatlar təsis olunmur. Yalnız 60 illik “Sənətkar” medalı var. Digər medal və mükafatlar isə yığışdırılıb”.
Sevda Bayramova
Teymur Məmmədov