Saxta koronavirus peyvəndi satan 80 nəfər SAXLANILDI
    • 2-02-2021, 14:51
    • 436

Saxta koronavirus peyvəndi satan 80 nəfər SAXLANILDI

Çində polis saxta koronavirus peyvəndini satanlarla bağlı əməliyyat keçirib.

News24.az
"Sinhua"ya istinadən xəbər verir ki, əməliyyat zamanı hüquq-mühafizə orqanları üç mindən çox dozada saxta peyvənd aşkarlayıb və 80-dən çox adam saxlanılıb.

Bildirilir ki, saxta peyvəndlərin satışı sentyabr ayında başladyıb. Kun adlı şübhəli şəxs peyvənd adı ilə salini (Fizrastvor) şişirdilmiş qiymətlərlə satıb.

Saxta peyvəndin hazırlanma yeri və satış şəbəkəsi aşkar edilərək yayılmasının qarşısı alınıb. 

Saxta məhsullar Pekin də daxil olmaqla bir çox əyalətlərə çatdırılıb.