"Fatimə Mövlamlıya təzyiq göstərilməsi ilə bağlı yaydığıı məlumatlar  əsassızdır" - BAKI POLİSİ
    • 28-01-2020, 14:07
    • 1 318

"Fatimə Mövlamlıya təzyiq göstərilməsi ilə bağlı yaydığıı məlumatlar əsassızdır" - BAKI POLİSİ

“Blogger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır”.

Bu barədə News24.az Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Sözçü deyib ki, o, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. 

"Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır", - o deyib.