Həbib azərbaycanlı müğənniyə hədiyyə göndərdi – FOTO-VİDEO
    • 21-10-2018, 10:45
    • 1 153

Həbib azərbaycanlı müğənniyə hədiyyə göndərdi – FOTO-VİDEO

Dağıstanlı UFC döyüşçüsü Həbib Nurməhəmmədov azərbaycanlı müğənniyə hədiyyə göndərib.

News24.az xəbər verir ki, müğənni Elnur Məmmədov bununla bağlı şəxsi instagram hesabında paylaşım edib. Döyüşçü müğənniyə üzərində fotosu və imzası olan köynək göndərib.

E.Məmmədov, Həbibin ona ünvanladığı videonu hesabında paylaşaraq idmançı ilə fəxr etdiyini qeyd edib: “ Salam aleykum qardaş. Bütün müsəlman bacı-qardaşlarımızın səninlə fəxr edir”.

Həbib göndərdiyi videoda Elnur Məmmədova, ona azarkeşlik etdiyinə görə təşəkkürünü bildirib və əlavə edib ki, "Sənə uğurlar və can sağlığı arzu edirem. İnşallah, görüşənədək".

Şəlalə Ağayeva