-
- 8-02-2021, 11:51
- 859
Faiq Ağayev Aygün Kazımova və Röyanı BRİLLİANT İFAÇI ADLANDIRDI - VİDEO
"Bizim müğənnilər bir çox Türkiyə ifaçılarından yaxşı oxuyurlar, amma indiyə qədər istədiklərini oradan ala bilmirlər. Söhbət Aygün Kazımova və Röya Ayxandan gedir. Onlar sənət baxımından gözəl işlər görüblər, amma o şou-biznesin hissəsi olmayıblar. Necə ki, Azərbaycanın brilliant ifaçılarıdır. Şərait elə yaranmayıb ki, oranı sahiblənsinlər".
News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında deyib. Müğənni söhbət əsnasında kliniki ölüm keçirdiyini etiraf edib: "Həyatımda üç dəfə o qorxunc anı yaşamışam. İlk dəfə Yalta müsabiqəsində olarkən boğulmuşdum. Xilas olunandan sonra həkim dedi ki, siz ölmüşdünüz. O, an uzaqdan nənəmin üzünü gördüm, komadan ayılandan sonra isə anam yanımda idi. Mamaya gördüklərimi danışdım. Nənəm mənə dedi ki, get. Bunları çox yaxşı xatırlayıram. Mən ölümdən qorxmuram. Çünki, üç dəfə bunun dadını çıxarmışam".
Müğənni daha sonra illərdir qalmaqal yaşadığı, hətta məhkəməlik olduğu Xalq artisti Flora Kərimova barədə də danışıb: "Bizim aramızda 32 il fərq var. Onun yaşını, ağbirçəkliyini, böyük sənətini sevərək həyatıma davam edirəm. Allah ona can sağlığı versin. Bu yaxınlarda nənə olmalıdır. Allah ona bu səadəti doyunca yaşamağı nəsib etsin. Darıxmışıq, mahnılar yazsın. Allahın lütfi üzərində, səsi yerindədir. Flora Kərimovanın ifaları Azərbaycan xalqına lazımdır. O, çox zəngin sənət xəzinəsi olan insandır. Bizim aramızda çox səmimi münasibət olub. Mən Bakıda olmayanda ailəmə, atama zəng vurub danışırdı. Heç mənə demədən...Baxın, mən onu qoruyub saxlayıram. Ondan o yana keçmək istəmirəm".
Sevda Bayramova