Şagirdlər dərsə bu formada gedir - FOTOREORTAJ
    • 8-02-2021, 12:51
    • 379

Şagirdlər dərsə bu formada gedir - FOTOREORTAJ

Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.

Gəncə, Quba, İsmayıllı, Ağstafa, Daşkəsən, Şəki, Ağdam və Füzulidə yerləşən məktəblərdən bu günə dair görüntüləri təqdim edirik. /Report/