Kaşıkçının nişanlısı Trampın Ağ Evə dəvətini rədd etdi
    • 27-10-2018, 13:12
    • 676

Kaşıkçının nişanlısı Trampın Ağ Evə dəvətini rədd etdi

Səudiyyə Ərəbistanın İstanbul Baş Konsulluğunda qətlə yetirilmiş jurnalist Camal Kaşıkçının nişanlısı Xədicə Cengiz Vaşinqton bu məsələ ilə bağlı səmimi mövqe göstərməyənədək ABŞ prezidenti Donald Trampın Ağ evə dəvətini qəbul etməyəcəyini deyib.
Tramp daha əvvəl Kaşıkçının nişanlısını Ağ Evə dəvət etdiyini bəyan etmişdi.
"Bu vəhşi cinayətdə əli olanların yuxarıdan aşağıya hamının məsuliyyətə cəlb olunmasını tələb edirəm. ABŞ prezidentinin Ağ Evə dəvətini qəbul etmədim, belə ki, bu addım ictimai rəyi onun xeyrinə çevirməyə hesablanmışdı. ABŞ Camal Kaşıkçının qətli ilə bağlı qərarlarında səmimi olmadıqca Ağ Evə getməyəcəm” - Xədicə Cengiz "Habertürk” kanalına müsahibəsində belə deyib.

//Sfera.az