Ceyhun Əli Milli Məclisdən işdən çıxmasına AYDINLIQ GƏTİRDİ
    • 12-02-2021, 12:25
    • 490

Ceyhun Əli Milli Məclisdən işdən çıxmasına AYDINLIQ GƏTİRDİ

“Peşə xüsusiyyətimdən asılı olaraq fəaliyyətim hər zaman göz önündə olub. 17 illik televiziya fəaliyyəti dövründə tamaşaçı üçün çalışmışam və onun yanında olmaq istəmişəm. Bu gün də bunu istəyirəm. Milli Məclis rəhbərliyi ilə fəaliyyətimi parlamentlə əməkdaşlıq müstəvisinə keçirmək barədə razılığa gəldik”.

Bu sözləri Milli Məclisin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Ceyhun Əli News24.az-a açıqlamasında deyib.  

Ceyhun Əli Milli Məclis sədri Sahibə xanım Qafarovaya qərarına hörmətlə yanaşdığı üçün minnətdarlığını bildirib: “Mən yaradıcı insanam və Milli Məclislə əməkdaşlığımız daha çox Televiziya və PR layihələrlə davam edəcək. Hazırkı fəaliyyətimi isə televiziyada davam etdirirəm. Bu müddət ərzində mənimlə çiyin-çiyinə çalışan Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına, xüsusilə də ömrünün 33 ilini bu işə sərf edən Mehman Qaibova, təşəkkürümü bildirirəm”.