-
- 15-02-2021, 00:15
- 577
Bu ərazilərdə V-IX sinif şagirdləri də DƏRSƏ GEDƏCƏK
Bu gündən məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə tədrisə başlanılacaq.
News24.az xəbər verir ki, Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa ediləcək.
Xatırladaq ki, fevralın 1-dən ibtidai siniflər üzrə əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib. İbtidai siniflər üzrə 628 min 651 şagird, məktəbəhazırlıq qruplarında 103 min 604 uşaq əyani olaraq dərslərə başlayıb. Həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında 9 min 207 uşaq ənənəvi tədrisə cəlb olunub.