Bağçaların İLK iş günü - VİDEOREPORTAJ
    • 15-02-2021, 17:34
    • 1 018

Bağçaların İLK iş günü - VİDEOREPORTAJ

Bu gündən etibarən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (uşaq bağçaları) fəaliyyətini bərpa edir.


Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilib.
 
News24.az olaraq vəziyyəti müşahidə etmək üçün paytaxtda yerləşən “Cahan” uşaq bağçasının Nəsimi filialında olduq. 

Müşahidələrimizə əsasən, deyə bilərik ki, bağçada dezinfeksiya işləri aparılıb. İşçi personalı hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Bağça tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib. 

Gözlədiyimizdən fərqli olaraq qruplarda dərs alan uşaqların sayı tam idi. Pandemiya fasiləsindən sonra bağçaya gələn uşaqların simasında isə narahatlıq və natamamlıq var idi. Görünən bu idi ki, karantin rejimi onların psixologiyasına neqativ təsir edib. Aralarında həvəslə danışanlar olsa da, bəzilərinin imkanı olsa, evə qaçardı. Yekun nəticə olaraq aydın oldu ki, koronavirus uşaqların həyat eşqinə iz buraxmağı unutmayıb. 

Ümid edirik qarmaqarışıq qapanmaların sayı azalar və uşaqlar normal həyata adaptasiya olarlar.

Reportajı təqdim edirik:
 
Məhərrəm Əliyev
Fərid Şabanov