-
- 17-02-2021, 11:07
- 655
Sarkisyan Ermənistanın Şuşaya "İsgəndər" atdığını ETİRAF ETDİ
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 44 günlük müharibə zamanı bu ölkənin “İsgəndər” raketindən istifadə etdiyini açıqlayıb.
News24.az xəbər verir ki, Sarkisyan “Armnews”a müsahibəsində bildirib ki, o, rəsmi İrəvanın müharibə vaxtı “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə fikirlərlə razılaşmır. “Mən erməni tərəfinin “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə bəyanatlarla razı deyiləm. Məndə dəqiq informasiya var ki, müharibənin son mərhələsində konkret Şuşa istiqamətində “İsgəndər”dən istifadə olunub”, - deyə Sarkisyan bildirib.
O, deyib ki, raketlər Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra oraya atılıbb. Sabiq prezident bildirib ki, müharibənin gedişində “İsgəndər” raketlərindən Azərbaycanın ərazilərinə zərbələr endirilməməsinə də aydınlıq gətirib. O, bunu cavab zərbələrinin ola biləcəyi ilə izah edib.
“Zərbələr endirilsəydi, yəqin ki, qarşı tərəfdən cavab atəşləri olacaqdı. Güman ki, bunun qorxusundan zərbələr endirilməyib. Lakin “İsgəndər”dən artıq müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi”, - deyə Sarkisyan bildirib.
Sabiq prezident Azərbaycanın cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə raket və artilleriya zərbələrinin məqsədli şəkildə endirildiyini, mülki əhalinin hədəfə alındığını etiraf edib: “Xatırlayırsınız, bir nəfər lovğalanaraq, Kirovabadda (Gəncə-red.) aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox...” “İsgəndər” raketlərinfən istifadənin zəruri olduğunu deyən Sarkisyanın sözlərinə görə, ilk növbədə, neft və qaz kəmərlərinə zərbələr endirilməliydi.