Azərbaycanda 100 yaşlı qadın:  "Peyvəndi vurdurdum ki, xəstələnməyim" - VİDEO
    • 17-02-2021, 13:08
    • 291

Azərbaycanda 100 yaşlı qadın: "Peyvəndi vurdurdum ki, xəstələnməyim" - VİDEO

Azərbaycanda 100 yaşlı qadın peyvənd olunub. 

News24.az-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta Agentliyi məlumat yayıb.  

Məlumatda bildirilir ki,  Lənkəran rayon sakini, 100 yaşlı Şananə Mahmudova COVID-19 əleyhinə peyvənd olunub.

Şənanə nənənin sözlərinə görə, o peyvəndi koronavirusa yoluxmamaq üçün elətdirib: "Mən bu yaşımda koronavirusa qalib gəlmişəm. İndi də peyvəndimi vurdurdum ki, xəstələnməyim. Bu yaşımda mən heç adi qripi belə görməmişəm".