-
- 18-02-2021, 14:30
- 526
Fazil Mustafa: "Günorta Vaqif müəllimi işdən çıxardılar, axşam da verilişini..."
Günorta Vaqif müəllimi işdən çıxardılar, axşam da verilişi proqramdan. Belə anlaşılır ki, bizdə adamın yalnız özünü deyil, verilişini də işdən çıxarırlar.
News24.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa dilə gətirib.
“Space” Tv-də “Sadə həqiqətlər” verilişində Vaqif Mustafayevlə son müzakirəmiz olmuşdu. Azərbaycan məmurunun anatomiyası üzərində söhbətimiz qurulmuşdu. Tərəfimizdən çox maraqlı fikirlər səsləndirilmişdi. Məmurları iki yerə bölmüşdüm: sadə və akula məmurlar. Əməlli-başlı təsnifatını da vermişdim. Bu verilişə 4-cü dəfə idi ki, dəvət olunurdum. Hər dəfə də verilişin başlanğıcında Vaqif müəllim qeyd edəndə ki, artıq filanıncı dəfə bu verilişə gəlirsiniz, studiyada olanlardan biri ənənəvi olaraq söhbətə çöp uzadırdı: “Təki sonuncu dəfə olmasın!”
Bu atmacadan sonra əsas söhbət başlayırdı. Deyəsən bu dəfə elə tanınmış rejissorun təkcə mənimlə deyil, ümumilikdə bu kanalda apardığı axırıncı söhbət oldu. Günorta Vaqif müəllimi işdən çıxardılar, axşam da verilişi proqramdan”-deyən millət vəkilinin sözlərinə görə, belə anlaşılır ki, bizdə adamın yalnız özünü deyil, verilişini də işdən çıxarırlar.
“Buna görə bir telejurnalist ötən gün israrla “mənim verilişimə gəlin” deyəndə sadə həqiqətlər içində gülümsədim”-deyə, o, əlavə edib.