Magistraturaya sənəd qəbulu başa çatdı
    • 19-02-2021, 11:09
    • 442

Magistraturaya sənəd qəbulu başa çatdı

2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb. 

News24.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, sənəd qəbulunun vaxtı bu gün saat 10:00-da bitib. 

Ümumilikdə ərizəsini təsdiq edən bakalavrların sayı 19764 olub, onlardan 18026-sı Azərbaycan, 1738-i rus bölməsindəndir. 
Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib. 

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.