Türkiyədə təlimdə olan hərbçilərimiz qayıtdı - Fotolar
    • 19-02-2021, 13:30
    • 462

Türkiyədə təlimdə olan hərbçilərimiz qayıtdı - Fotolar

1-12 fevral tarixində Qars vilayətində “Qış-2021 Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri”ndə iştirak edən hərbçilərimiz bu gün vətənə yola salınıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin tvitter hesabında məlumat verilib.

“Azərbaycanla birlikdə keçirdiyimiz “Qış-2021” təliminə qatılan Azərbaycan Silahlı Qüvvələrindən olan qardaşlarımızı mərasimlə ölkələrinə yola saldıq”,- deyə paylaşımda qeyd olunub.