-
- 13-07-2018, 12:41
- 986
10 il əvvəl toyda şərab içdiyinə görə şallaqlandı
İran sakini 10 il öncə, 14 yaşında toyda şərab içdiyini etiraf etdiyinə görə 80 şallaq cəzası alıb.
Bu barədə News24.az "The Sun" nəşrinə istinadən məlumat verir.
Cəza tədbiri Kaşmar şəhərində "Nizamənd" meydanında kütlə qarşısında həyata keçirilib. "Amnesty International" təşkilatı bu halı insan haqlarının pozulması kimi dəyərləndirərək öz etirazını bəyan edib.
Təşkilat bildirib ki, M.P adlı şəxs 2007-ci ildə 14 yaşı olarkən alkoqollu içki içdiyinə görə döyülüb. Onlar İranda bu günı qədər ən kiçik oğurluq faktına görə əl və ayaqların kəsilməsi faktını da dəhşətli əməl adlandıraraq dünyanı buna laqeyd qalmamağa çağırıblar.
.