-
- 22-02-2021, 10:23
- 472
"Xəyanət etdim, ailəmi 1 illik atıb getdim..." - ELTON ETİRAF ETDİ - VİDEO
"Mən yaxşı ata və həyat yoldaşıyam. İstəyirəm ki, hər şey əla olsun. Ailəmə, övladlarıma çox vaxt ayırmamışam, amma bundan sonra başqa cür olacaq. Böyük bir səhv etdim, 1 il ailəmdən uzaqlaşdım. "Kaş ki" dediyim məqamdır. Kaş ki, etməzdim. Düzəltmək üçün gərək onları sevindirəsən. Ailəmlə indi xoşbəxtəm. İndi hər şeyi tam dərk edirəm".
News24.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında deyib. İfaçı bildirib ki, onun həyat yoldaşı xəyanəti bağışlayıb: "Xəyanəti bağışlamaq olmaz. Həm kişinin, həm də qadının xəyanəti bağışlanılmazdır. Həyat yoldaşım xəyanəti mənə bağışladı. Doğmalıq elə bir nemətdir ki, Allah insanı bağışlayırsa, deməli doğması da onu bağışlayar... Yetər ki, həmin insan etdiyi səhvindən dönə bilsin. Ailəmi tərk edib, bir il onlardan uzaqlaşdım. O səhvi yenidən etmək istəməzdim. Amma insan o məqama qayıda bilmir. Düzəltmək üçün bundan sonra onları həmişə xoşbəxt etmək lazımdır. Çünki hər bir insan üçün ən gözəl nemət ailəsidir. İndi ailəmlə çox xoşbəxtəm. Mənim səhvlərimi başa düşməyimə həyat yoldaşım kömək etdi. Əgər belə olmasaydı, o səhv başqa səhvlərə gətirib çıxarardı. Ona görə deyirlər ki, hər bir uğurlu kişinin arxasında onun həyat yoldaşı dayanır. Öz həyat yoldaşım Tamillaya təşəkkür edirəm. O, mənə görə çox cəfa çəkib. Səni qəlbdən istəyən biri yoxdursa, nə qədər uğur qazansan da o uğuru, sevinci paylaşmağa kimsə olmadıqda onlar hamısı mənasızdır".
Sənətçi mərhum müğənni Şəfa haqda da danışıb: "Şəfa qəza keçirəndə getdim. Onu o halda görəndə halım pisləşdi. Həkimi üstümə qışqırdı ki, səni kim bura buraxıb. Aşıq Zülfiyyə də orada idi, gördü məni kövrəldi. Daha sonra Şəfanın qardaşı efirdə yalan danışdı. Guya mən o öləndə getməmişəm, onu saymamışam, amma elə bir şey olmadı".
E.Hüseynəliyev Əməkdar artist Xumar Qədimova haqda "Dostumdur və gözəl ifaçıdır. Onun sənətini çox bəyənirəm" sözlərini söyləyib. Rəqsanə İsmayılova barədə isə "Rəqsanə oxumaq istedadı ilə doğulmayıb. O, oxumağı öyrənib, üstündə çalışıb. Biri var oxumaq kimi doğulursan, biri də var sonradan özünə stil düzəldirsən. Janrın məktəbi var, stilin isə yox" deyə, bildirib.
Sevda Bayramova