"Özümdə olan səhvləri..." - GÜNAY İBRAHİMLİ
    • 20-02-2021, 17:16
    • 528

"Özümdə olan səhvləri..." - GÜNAY İBRAHİMLİ

"Şou-biznesdə hər kəslə münasibətim gözəldir. Küsülü olduğum insan yoxdur. Sadəcə olaraq dostluq eləmirəm. Bu o demək deyil ki, mən onları bəyənmirəm. Sadəcə olaraq fikir vermişəm qızlar arasında paxıllıq olur, oğlan müğənnilər isə bunu bildirmirlər. Amma qızlar bir az keçən kimi bildirirlər. İçlərində səmimiləri də, qeyri-səmimiləri də var. Insan hiss edir də sənə qarşı kim səmimi, kim qeyri-səmimidir".

News24.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli MTV-də açıqlamasında deyib. O, bildirib ki, heç vaxt xəyanəti bağışlamaz: "Xəyanəti bağışlamıram. Dost xəyanəti də görmüşəm. Mənə yalnış hərəkətlər ediblər, yaşamışam. Zaman keçir, insan həyatdan dərs götürür. Insan başına gəlməyincə bilmir. Zamanla insan püxtələşir, oturuşur, düzgün seçim edə bilirsən, bunlar şərtdir. Mən hər il nəsə öyrənirəm, daha təmkinli olmuşam. Çox emosional bir xanımam. Amma o emosiyamı bir az azaltmışam. Özümdə olan səhvləri çalışıram ki, düzəldim".

Müğənni onu da vurğulayıb ki, çox tələbkar ana olacaq: "İçimdə ana olmaq duyğusu var. Bütün xanımlar kimi məndə də var. Mən 100% tələbkar olacam övladlarıma qarşı".

Sevda Bayramova