"Röya "Xalq Artisti" adını aldı deyə, onu çəkə bilmədilər..."- ANAR AĞAKİŞİYEV
    • 6-05-2020, 13:33
    • 1 642

"Röya "Xalq Artisti" adını aldı deyə, onu çəkə bilmədilər..."- ANAR AĞAKİŞİYEV

"Özlərini reklam edirlər. Onlar üçün antireklam da reklamdır. Camaatı Güldürməyin özünüzü..."

News24.az xəbər verir ki, bu sözləri "MtV Azərbaycan" kanalına müsahibəsi zamanı dünyaca məşhur azərbaycanlı stilist Anar Ağakişiyev deyib. 
Buna səbəb günlərdir eks "W-trio" qrupunun solistləri, keçmiş dostlar Röya Ayxan, Natavan Həbibi və Səidə Sultan arasında oxşar imic qalmaqalının yaşanmasıdır. 

Röyanı fərqli tərzdə təqdim edən vizajist Anar bu məsələyə münasibət bildirib: "İdeya tam mənə məxsus deyil. Bunu da heç vaxt bəyan etməmişəm ki... Dünyada bu imici bir çox ulduzlar təkrarlayıb. Sadəcə, mənim missiyam bu tərzi Xalq Artisti Röya Ayxanın üzərində sınamaq oldu. Bunu qlobal bir şey etdilər, çox gülməli bir mövzudur. Onda biri saçını "kare" kəsəndə Kleopatra qalxıb deməlidir ki, bu ilk məndə olub?! Gülməli sözlərlə özlərini güldürməsinlər. Özlərini reklam edirlər. Onlar üçün antireklam da reklamdır. Kimsə düz dayanıb şəkil çəkdiribsə, daha heç kim o pozada dayanmasın?  Röya orta yaşdan qayıdıb 22 yaşında, çox gənc, "cool" bir xanım kimi görsəndi. Bütün sosial media alt-üst oldu, hər kəs Röyadan danışdı. Bir də gördüm ordan-burdan "pıkkıltılar" ortaya çıxdı. Şərhlərdə yazırlar ki, "Röya "Xalq Artisti" adını aldı deyə, onu çəkə bilmədilər". Bu mənim deyil a, izləyicilərin fikridir. Özləri də daxil olub, bütün rəyləri oxusunlar. Onsuz da, təvazökarlıqdan uzaq, mənim işim müzakirə olunmazdır!"

Sevda Bayramova