Xınalıq yolunda qar uçqunu oldu
    • 18-02-2021, 11:00
    • 723

Xınalıq yolunda qar uçqunu oldu

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub.

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, uçqunla əlaqədar hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.