Hazırda yollarda vəziyyət belədir
    • 22-01-2021, 11:10
    • 366

Hazırda yollarda vəziyyət belədir

Bu gün avtomobil yollarında müşahidə olunan son vəziyyət açıqlanıb.

News24.az
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən yollardakı vəziyyəti əks etdirən cədvəli təqdim edir:

 S/s 
Yolun adı (istiqamətlə)
 
 Mövcud vəziyyəti
1Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədiYağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 
 
2Giləzi - XızıYağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
3Bakı - QobustanYağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
4Qobustan - Şamaxı - MuğanlıYağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
5Muğanlı - Ağsu - YevlaxYağıntı yoxdur, Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
 
6Bakı - Ələt - HacıqabulYağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
7Hacıqabul – Ucar – YevlaxYağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.b
8Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədiYağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9Muğanlı – İsmayıllıYağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
10İsmayıllı - Qəbələ - Oğuz - ŞəkiYağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə  şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
11Şəki – Qax – Zaqatala –  Gürcüstan Respublikası ilə dövlət sərhədYağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
12Yevlax – Şəki (Göybulaq)Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
13Gəncə-Daşkəsən-XoşbulaqYağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
14Şəmkir - GədəbəyYağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
15Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədiMarşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
16Masallı – YardımlıYağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
17Lənkəran – LerikYağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
18Hacıqabul – Bəhramtəpə – HoradizYağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.