Ötən gün Bakıda 41 yol-nəqliyyat hadisəsi baş verib - VAQİF ƏSƏDOV AÇIQLADI
    • 25-02-2021, 12:54
    • 397

Ötən gün Bakıda 41 yol-nəqliyyat hadisəsi baş verib - VAQİF ƏSƏDOV AÇIQLADI

"44 saat ərzində Bakı şəhərində maddi ziyanla nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib".

Bu sözləri News24.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O, bildirib ki, baş verən yol hadisələri daha çox hündür və sürüşmə yerlərdə qeydə alınıb: "Hadisələr daha çox Yasamal, 3-cü kənar dairəvi yol, Şamaxinka, Günəşli qəsəbəsi, Ziya Bünyadov prospektində baş verib. Nəticədə ölüm və xəsarət alanlar olmayıb".

Sevda Bayramova