Kürdəmirdə fəhlə iş zamanı hündürlükdən yıxıldı - FOTO
    • 6-08-2019, 19:06
    • 1 300

Kürdəmirdə fəhlə iş zamanı hündürlükdən yıxıldı - FOTO

Kürdəmir rayonunda fəhlə işlədiyi binadan yıxılaraq xəsarət alıb.

hadisə rayon ərazisində məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib.

Belə ki, rayonun Atakişili kənd sakini, 1971-ci il təvəllüdlü Rəmzi Qələbə oğlu İbrahimov işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb. Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır /report/