Amin Musayev sabah ƏMƏLİYYAT OLUNACAQ
    • 25-02-2021, 16:39
    • 667

Amin Musayev sabah ƏMƏLİYYAT OLUNACAQ

II Vətən Müharibəsində erməni əsirliyində olan Amin Musayev sabah əməliyyat olacaq. 

Bu barədə News24.az-a Amin Musayevin özü deyib. 

Özünü normal hiss etdiyini deyən A.Musayev, müalicələrinin davamlı şəkildə həyata keçirildiyini qeyd edib: "Sabah Bakıda ayağımdan əməliyyat olunacağam. Ondan sonra inşallah yeriməyim tam bərpa olunacaq. Əsas odur ki, torpaqlarımız işğaldan azad olundu. Ayağımda ağrı da olsa, yeriyə də bilməsəm, əsas odur ki, qisasımızı aldıq".

O bildirib ki, hazırda evdə ancaq anası işləyir: "Anam mən əsirlikdə olanda çox böyük stress yaşadı və sağlamlığında problemlər yaranmışdı. İndi çox şükür ki, yaxşıdır. Allah bütün anaları qorusun. Anasını sevən insan hər zaman vətənə bağlı olur. Ailədə ancaq anam çalışır. Sağalmaq, sonra isə işləyib ailəmə kömək etmək istəyirəm".

Sevda Bayramova