Bakıda rəsm qalereyasında yanğın baş verdi
    • 26-02-2021, 10:46
    • 312

Bakıda rəsm qalereyasında yanğın baş verdi

Bakının Səbail rayonunda yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə Kiçi Qala küçəsi 82 ünvanında qeydə alınıb.

Mənzil 3-də yerləşən kondisenerdə elektrik qısaqapanması səbəbindən alov yaranıb.

Nəticədə üç otaqlı mənzildə olan rəsm əsərləri yanıb. Hazırda əraziyə FHN-in yanğından mühafizə xidmətin əməkdaşları cəlb edilib. Alov söndürülüb və soyutma işləri aparılıb.

Qeyd edək ki, mənzil incəsənət qalereyasına məxsusdur.