Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkməlidirlər - ERKAN ÖZORAL
    • 26-02-2021, 12:32
    • 438

Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkməlidirlər - ERKAN ÖZORAL

"Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkməlidirlər".

News24.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gün gələcək Xocalıda yurdlarından didərgin düşən insanlar öz torpaqlarına qayıdacaqlar: "Xocalı qətliamının günahkarları, insanlara qarşı vəhşilik törədənlər öz cəzalarını çəkməlidirlər. Artıq müzəffər Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa edib. İnşallah yaxın zamanda Xocalıdan didərgin düşən şəxslər öz torpaqlarına qayıdacaq. Xocalıda şəhid olanların da ruhu şad olacaq".