Türkiyə Səfirliyində Xocalı faciəsi anılacaq
    • 19-02-2019, 13:18
    • 1 365

Türkiyə Səfirliyində Xocalı faciəsi anılacaq

Xocalı soyqırımının 27-ci ildönümüilə əlaqədar fevralın 23-ü Türkiyə Səfirliyində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) iştirakı ilə konfrans təşkil ediləcək.

ATİB-dən News24.az-a verilən məlumata görə, konfransda ATİB üzvləri, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral, digər yüksək səviyyəli hökumət nümayəndələrinin, universitet və araşdırma institutlarının tanınmış alimlərinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı nəzərdə tutulur. 

Nigar MƏMMƏDLİ