Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
    • 26-02-2021, 17:03
    • 449

Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi

Bu gün saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

News24.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. 

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdə və yerüstü qatarlarda fit verilib.