Paşinyanın təyinatı gülüş doğurdu- Yeni merin cinsi cəsur imiş
    • 27-02-2021, 14:03
    • 574

Paşinyanın təyinatı gülüş doğurdu- Yeni merin cinsi cəsur imiş

Ermənistan baş naziri Nikol Paşinyan Dilican merinin səlahiyyətlərinin icrasını yanacaqdoldurma məntəqəsinin keçmiş işçisinə tapşırıb.

News24.az xəbər verir ki, bu haqda erməni teleqram kanalları bildirib.
Ermənilərin yazdığına görə, Dilican icmasının yeni meri özünün şəxsi məlumatlar blankında “cinsi” sözünün qarşısında “kişi” yazmaq əvəzinə “cəsur” yazıb.

Xəbərdə bildirilib ki, yeni merin yalnız orta ixtisas təhsili var və o, öz ixtisasının adını belə doğru yaza bilməyib.