Bu da Oksananın heç yerdə görmədiyiniz OĞLU - VİDEO
    • 1-03-2021, 18:55
    • 572

Bu da Oksananın heç yerdə görmədiyiniz OĞLU - VİDEO

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı rəqqasə Oksana Rəsulova olub.

News24.az
xəbər verir ki, o, keçmiş həyat yoldaşı, reper Elşad Xose ilə ayrılıqlarından da danışıb: "Yetərincə əziyyət çəkmişəm. Əziyyətin həddi-hüdudu var və mən bir gün anladım ki, ora çatdım. Başa düşdüm ki, əziyyətim boşa getdi. Anladım ki, ona artıq nə sevgi, nə başqa bir şey verə biləcəm. Biz fərqli insanlarıq, ayrı yollar gedirik. Biz məcbur yollarımızı kəsişdirmişik. Elə anlamışıq ki, sevirik bir-birimizi. İndi başa düşürəm, onu sevməmişəm. Sadəcə, mərhəmət hissi olub. Onunla ayrılqıdan sonra stress keçirdim, 2 il yarım depressiyaya düşdüm. Tamamilə məhv olmuşdum... Getdim psixoloq yanına. 16 il övladım olmadı, müalicələr alırdım. Psixoloq dedi, ürəyində o qədər uşaq istəmək hissi var ki, onu yönəltmisən başqasına. Başlamısan həmin insana qayğı göstərməyə. İndi bu insan beynimdən, qəlbimdən və ruhumdan çıxıb".

Oksana Rəsulova proqramda həmçinin ilk dəfə oğlu Osmanın görüntülərinin yayımlanmasına icazə verib.

Həmin görüntüləri təqdim edirik:

Oksana Rəsulova 


Sevda Bayramova