Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
    • 2-03-2021, 12:18
    • 546

Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi baxılması üçün məhkəməyə göndərilməyə hazırlanır.

Təqsirləndirilən şəxsin müdafiəçilərinin News24.az-a verdiyi məlumata görə, bir neçə gün bundan əvvəl istintaqın qurtarması onlara elan olunub.

Tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra müdafiə tərəfi vəsatətlər verəcək. 

Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti ötən ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. 

Bir ilə yaxındır ki, Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun işi istintaqdadır.